AZ

Rusiya Ciddədəki danışıqların detalları haqqında tam məlumat almağa ümidlidir

Rusiya yaxın vaxtlarda ABŞ ilə planlaşdırılan danışıqlarda Ciddədəki (Səudiyyə Ərəbistanı) görüşün detalları haqqında tam məlumat almağa ümid edir.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz dünən Ciddədə deyildiyi kimi, dövlət katibi Mark Rubio və milli təhlükəsizlik üzrə köməkçi Mayk Uoltsun bu günlərdə müxtəlif kanallar vasitəsilə bizi aparılmış danışıqların detalları və əldə edilmiş anlaşmalar barədə məlumatlandıracaqlarını gözləyirik", - o əlavə edib.

Qeyd edək ki, dünən Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutmuş danışıqların nəticələrinə əsasən, ABŞ tərəfi dərhal atəşkəs rejiminin bərqərar olmasına çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Kiyev və Vaşinqtonun danışıqların nəticələrinə dair birgə bəyanatını dərc edib. Bəyanatda qeyd olunub ki, Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifinə hazırdır.

Seçilən
16
report.az

1Mənbələr