AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Vardapetyan parlamentə artıq məsələ ilə bağlı müvafiq sənəd də təqdim edib.
Qeyd edək ki, Ermənistan qanunlarına görə, parlamentin iclası çağırılmalı və bu toplantıda deputatların əksəriyyəti Aqazaryan və Markaryanın toxunulmazlığının ləğv edilməsi üçün səs verməlidir. Yalnız bundan sonra prokurorluq cinayət təqibinə başlaya bilər.
Yerli medianın yaydığı məlumata görə, parlamentin spikeri Alen Simonyan artıq müvafiq iclasın keçirilməsinə razılıq verib.
Markaryanın nədə ittiham olunması barədə məlumat verilmir. Lakin Aqazaryanı mal-qara ixracı ilə məşğul olan iki iş adamı ilə əlaqədəittiham edirlər.
Xatırladaq ki, Taron Markaryan İrəvanın keçmiş meridir. O, hazırda müxalifətin “Şərəfim var” fraksiyasını təmsil edn deputatdır. Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Markaryanın əmlakına həbs qoyulması ilə bağlı prokurorun iddiasını qəbul etmişdi. Söhbət İrəvandakı altı evdən, bir binadan, Cermuk kurort şəhərindəki bağ evindən və iki nəqliyyat vasitəsindən gedir.
Tural Tağıyev
AzVision.az