AZ

Novruzda bayram süfrəsi neçəyə başa gələcək?

Milli bayramımız sayılan “Novruz”a sayılı günlər qalıb. Bəs, bu bayramda süfrənin bəzədilməsinə nə qədər xərc tələb olunur?

“Heftelik.az” xəbər verir ki, “Apa TV”-nin bazarlarda apardığı araşdırmalar zamanı çərəz və digər məhsulların qiyətində artım müşahidə olunduğunu aşkar edib.

Belə ki, Novruz bayramının atributlarından hesab olunan şəkərbura, paxlava və qoğalın ev şəraitində hazırlanması üçün lazım olan ərzaqları hesablasaq, 2 kq un minimal olaraq 3 manat, kərə yağının 2 kq-ı 30 manat, qatıq 4-6 manat, 10 ədəd yumurta – 1 manat səksən qəpik, 1 kq qoz ləpəsinin qiyməti 15 manat, 1 kq fındıq ləpəsi – 13-15 manat, 2 kq şəkər tozu – 4 manat olarsa bu şirniyyatları hazırmaq üçün 72-74 manat xərcləmək lazım olacaq.

Əgər bu şirniyyatları hazır formada almaq istəsəniz 1 ədəd şəkərbura üçün minimal 1 manat, 1 kq paxlava üçün isə 17-22 manat pul xərcləməli olacaqsınız.

Alıcılar bildirirlər ki, bəzi məhsulları çıxmaq şərti ilə bazarlarda olan qiymətlər digər market və mağazalardan elə də fərqlənmir.

Novruzun əsas atributlardan biri də səmənidir. Satıcıların sözlərinə görə, bazarlarda səməni 1 manatdan başlayaraq 20-25 manata kimi müxtəlif qiymətlərə təklif olunur. Səməninin fərqli qiymətə olması onun diametrindən və əl əməyinin daha çox olması ilə əlaqədar olaraq dəyişir.

Süfrələrin bəzəyi olan plovu hazırlamaq üçün isə 1 kq düyü üçün təxmini 5 manat, aşqarası üçün isə 20 manata kimi xərc çəkilməlidir.

Qoyun ətinin 1 kq-ı 17-19 manat, mal ətinin 1 kq-ı isə 13-18 manata təklif olunur.

Müəllif: Türkan_zadə

Seçilən
10
heftelik.az

1Mənbələr