AZ

Hansi Flik: “Barselona” ÇL-də qalibiyyətə iddialıdır”

“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının 1/8 finalının “Benfika” ilə cavab oyununu (3:1) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən şadam, çünki biz “Benfika”ya hörmət nümayiş etdirdik. O nəhəng əmək sərf etdi və yaşayışımızı son həddə qədər çətinləşdirdi. Ancaq biz öz işimizi çox yaxşı icra etdik. Son vaxtlar Yamal mütəmadi surətdə qol vurmurdu, amma burada o, həm özü və həm də bizim bütün hamımız üçün vacib qol vurdu. Bu yarışda qalib gəlmək hər şeydən çətindir, ancaq biz bunu edə bilərik.

“Benfika” – çox yaxşı komandadır, onların məşqçisi də fantastik işlədi. Onların bu gün necə bir oyun sərgilədiklərinə hörmətim var. Biz topa nəzarət edirdik, oyuna nəzarət edirdik, düşünürəm ki, biz hələ, bir neçə qol da vura bilərdik. Amma hər halda mən, bizim 1/4 finala çıxmağımıza şadam.

Rafinya bizim Çempionlar Liqasında qalibiyyətə iddia etdiyimizi deyirsə, onda bu, yaxşı haldır. Demək, oyunçularım bizim etdiklərimizə və nail ola biləcəklərimizə inanırlar. Ancaq mənim işim – sakitliyi-qoruyub saxlamaq və ancaq, bizi növbəti oyunda nə gözləyəcəyi haqda düşünməkdir”, deyə Hansi Flik vurğulayıb.

Səfərdəki ilk oyunda 1:0 hesablı qələbə qazanmış “Barselona” ümumi hesabda (4:1) cütün qalibi olaraq, UEFA Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb. “Barselona” bu mərhələdə “Borussiya” (Dortmund) – “Lill” cütünün qalibi ilə qarşılaşacaq. “Benfika” isə ümidlərini növbəti mövsümə bağlayıb.

Seçilən
15
arena.az

1Mənbələr