AZ

Nə qədər ki, sülh sazişi imzalanmayıb, qarşıdurma ehtimalı hər zaman olacaq



"Nə qədər ki, sülh sazişi imzalanmayıb, nə qədər ki, sülh yoxdur, gərginlik və qarşıdurma ehtimalı hər zaman olacaq. Ermənistanda sürətli silahlanma fonunda cəmiyyətdə revanşist mövqenin gücləndiyi ortadadır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Ermənistanın apreldə Azərbaycana qarşı müharibyə başlayacağı ehtimallarına münasibət bildirərkən səsləndirib. O deyib ki, ayrı-ayrı ölkələrdən ötürülən silah və texnika, Ermənistan sərhədlərində Avropa İttifaqı müçahidə missiyasının yerləşməsi, Qərbin ayrı-ayrı dairələrindən Ermənistana davamlı şəkildə verilən dəstək təbii olaraq erməniləri bir xeyli ruhlandırıb:

"Amma bütün bunlara baxmayaraq Ermənistanın indi yeni müharibəyə başlamaq imkanları yoxdur. Çünki hər hansı yeni müharibənin Ermənistan üçün fəlakətlə nəticələnəcəyini rəsmi İrəvan kifayət qədər yaxşı bilir".

Politoloq deyib ki, indiki halda ancaq ayrı-ayrı maraqlı qüvvələrin təhriki ilə hansısa təxribatlar baş verə bilər:

"Sirr deyil ki, Fransa başda olmaqla bir qism Qərb dairələri öz Cənubi Qafqaz maraqlarını təmin etmək üçün yeni münaqişədə maraqlıdırlar. Onlar belə hesab edir ki, yeni münaqişə onlara Ermənistanın təhlükəsizliyi adı altında regiona soxulmaq və Ermənistanda möhkəmlənmək imkanı verə bilər.

Amma istənilən halda hər hansı yeni müharibə və toqquşmalar Ermənistan üçün ağır nəticələrə səbəb olacaq. Ermənistan bunu anlamalı və başqalarının maraqlarında deyil Ermənistan maraqlarından çıxış etməyi öyrənməlidir".

Süleyman
Seçilən
3
newscenter.az

1Mənbələr