AZ

İki deputata cinayət işi qaldırılır – Baş prokuror parlamentə müraciət edib

Ermənistanın Baş prokuroru Anna Vardapetyan deputatlar Ovik Ağazaryan və Taron Marqaryana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün parlamentə vəsatətlə müraciət edib.

“AzPolitika” xəbər verir ki, bu barədə parlamentin saytında məlumat verilib.

Ovik Ağazaryana qarşı vəsatət Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan “qoyun korrupsiyası” işi ilə bağlı olduğu qeyd olunur.

Qeyd edək ki, deputat hakim “Vətəndaş Müqaviləsi” partiyasından seçilib.

“AzPolitika.info”

Seçilən
32
1
azpolitika.info

2Mənbələr