AZ

Sabah yay havası olacaq 

  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +3 dərəcədən +7 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +4 dərəcədən +9 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək, dağlarda gecə +2 dərəcədən +7 dərəcəyədək, gündüz +12 dərəcədən +17 dərəcəyədək olacaq.


Seçilən
107
18
referans.az

10Mənbələr