AZ

Dosent komitə sədrinə çağırış etdi – Fəaliyyətə keçin!

Hörmətli Bahar xanım

İnanın yaxşı vəziyyətə doğru getmir Azərbaycanda ailə dəyərləri, ailə münasibətləri, övlad tərbiyəsi. Bilmirəm baxırsınız bizim telekanallara, amma dəhşətli hadisələr baş verir. Millətin bütün dəyərləri qalıb bir neçə aparıcı və onların efirlərə çıxardığı “ailələrin” ayaqları altında.
Telekanallardakı sosial proqramlarda ailə sirlərinin bu cürə açıq formada təqdim edilməsi dəyərlərini uçruma aparır, cəmiyyətdəki aqressiyanı sürətləndirir.

Ölkədə demorafik problem bir yana, ailələr sürətlə dağılır, nikahların sayı isə durmadan azalır. Səbəb nə sosial problemlər, nə işsizlik, nə də madiyyatdır. SƏBƏB: Telekanalarda baş verənlərin gənclərin psixikasına ciddi təsir etməsidir. Mən gənclərdən belə verlişərdə baş verənləri görüb qorxu içərisində ailə qurmaq istəmədiklərini dəfələrlə eşitmişəm. Hər kəs elə bilir ki, ailələrdə xəyanətlər, dava-dalaş və sevgisizlik belə olur.

Aparıcılar Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaş, Elgiz Əkbər və digərlərinin verlişlərində İslam və Aynur, Arzu və Aslan, Aslan və Aygün və digərlərin ailə problemlərini o səviyyədə əxlaqsız formada müzakirləri gedir. Hələ o yaşlı, Ceyran adlı qadın. Ömrümüzə oturub onun hərəkətləri, ailə münasibətlərində bir Ana yox Qaynana yox “əfi ilan” kimi çıxış etməsi.

Efirdə xəyanət söhbətləri kişilər tərəfindən elə edilir ki, elə bil bizim xalqda bu belə olub, bütün kişilər arvadlarını açıq müzakirəyə qoyub guya hər zaman. Axı bu belə deyil. Bizim ailə dəyərlərimiz belə olmayıb axı.

Hələ aparıcıların şit, mənasız və mədəniyyətsiz sözləri, hərəkətləri, çıxışları. Efirlərdə baş verən mübahisələr, müzakirələr. Hələ cəmiyyətdə az çox hörməti olmuş insanların efirlərdə ekspert kimi çıxış etməsi lap biabırçılıqdır.

Hara qədər gedəcək bu?

Axı Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından formalaşmışdır və orda açıq yazılır “Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.”

Yoxsa çıxıb efirdə əxalqsızlıqda bir birlərini ittiham etmək hansı qanuna, məcəlləyə, sərəncama, mənəvi dəyərlərə sığışır axı

Bəs onların dünyaya gətirdikləri uşaqlarn taleyi necə olacaq? Onlar bu cəmiyyətdə belə valideyinlərə görə necə yaşacaqlar?

Cəmiyyətə zərər verən belə sosial verilişlərdə sosial problemlər yox, ailə dəyərlərini məhv edən müzakirələr edilir.
“Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi”

Bunlara görə yüzlərlə ailələr dağılır və gələcəkdə cinayətlərə yol açması qorxudur bizləri.

Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. İnanın səbrimizi zorla sıxıb saxlayırıq.

Bizim içimizdə olan qəzəbin partlayışından qoruyun bizi. Biz artıq dözülməz hisslər yaşayırıq. İnanın bunlar bizim ürək partlamısından ölməyimizə aparır.

Kömək edin biz yaşayaq, biz həyatda qalaq.
Xahiş edirəm Bahar xanım. Milləti məhv olmasının müavfiq qurum olaraq qarşısını alın.

Hörmətlə Zaur Aliyevdosent

Seçilən
21
3
moderator.az

8Mənbələr