AZ

Azərbaycanda oynamış legioner Juninyodan danışdı

style='margin-bottom:10px;'>

“Neftçi”nin sabiq futbolçusu Andre Şinyaşiki “Qarabağ”ın keçmiş oyunçusu, “Flamenqo”nun hücumçusu Juninyo barədə danışıb.

QOL.az xəbər verir ki, hazırda Bolqarıstanın “Arda” klububda çıxış edən Şinyaşiki Braziliya mediasına müsahibəsində həmyerlisi barədə fikirlərini bildirib.

O, “Tupi.fm” saytına deyib: “Juninyo həm çox yaxşı futbolçu, həm də gözəl insandır. Onunla Azərbaycanda tanış oldum və aramızda dostluq yarandı. Əminəm ki, bu il “Flamengo” üçün böyük fərq yaradacaq. Ona uğurlar arzulayıram. Çünki bu yerə çatmaq üçün çox çalışdı. Hər şeyə layiqdir”.

Seçilən
21
teleqraf.com

1Mənbələr