AZ

Hakan Çalhanoğlu Türkiyə futbolunun tarixinə düşdü

"İnter"in futbolçusu Hakan Çalhanoğlu Türkiyə futbolunun tarixinə düşüb.

Publika.az xəbər verir ki, yarımmüdafiəçi Çempionlar Liqasında (ÇL) çıxış edən türkiyəli futbolçuları arasında unikal nailiyyətə imza atıb. O, 1/8 final mərhələsinin "Feyenoord"la matçında (2:1) 51-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə turnirdə yubiley - 10-cu qolunu vurub. Onun aktivində eyni zamanda 11 məhsuldar ötürmə də var.

Nəticədə 31 yaşlı futbolçu ÇL-də 10+ qol vuran və 10+ məhsuldar ötürmə verən ilk türk futbolçu olub. Hakan bunu 51 oyunda iştirak etməklə bacarıb.

Qeyd edək ki, iki görüşün nəticəsinə görə Niderland klubundan üstün olan "İnter" Çempionlar Liqasının 1/4 finalında "Bayern"lə qarşılaşacaq.

Seçilən
14
publika.az

1Mənbələr