Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni cinayət işi açılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyasına Baş Prokurorluq məlumat verib.
İsakov prospekti və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı başlanan cinayət işində Sarkisyana qarşı 18 xüsusi külli miqdarda mənimsəmə, iki xüsusi külli miqdarda çirkli pulların yuyulması və üç maddə üzrə yardım və yataqlıq ittihamı irəli sürülüb.
Sərkisyana qarşı həbs-qətimkan tədbiri kimi ölkədən çıxmamaq barədə yazılı öhdəlik seçilib.
Sarkisyan həmçinin dövlət büdcəsindən təxminən yarım milyard dramın oğurlanmasını təşkil etməkdə ittiham olunur. Birinci instansiya məhkəməsi ona bəraət versə də, prokurorluq apelyasiya şikayəti verib.