AZ

Rusiya barışıq məsələsində irəli getməyə tələsmir

Rusiya barışıq məsələsində irəli getmək istəmir, Moskva əvvəlcə ABŞ-dən məlumat almalıdır.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb."Dünən mətbuata açıqlama verən Rubio (ABŞ dövlət katibi Marko Rubio) və Valz (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Valz) müxtəlif diplomatik kanallar vasitəsilə Ciddədə keçirilən danışıqların mahiyyəti ilə bağlı bizə ətraflı məlumat verəcəklərini açıqladılar. Əvvəlcə bu məlumatı əldə etməliyik. Bundan əlavə, bu günlərdə amerikalılarla təmaslar planlaşdırmışıq və bu müddət ərzində tam məlumat alacağımıza ümid edirik”, – Peskov jurnalistlərə bildirib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr