AZ

Luis Enrike: “Əsl komanda olduğumuzu nümayiş etdirdik”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/8 finalının səfərdə baş tutmuş “Liverpul”la cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, evdəki ilk oyunda 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmış (1:0) Fransa nəhəngi oyunu penaltilər silsiləsinə daşıyaraq, “qırmızılar”ı mübarizədən kənarlaşdırıb – 4:1.

Luis Enrike matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Mən çox məmnunam. Biz, əsl komanda olduğumuzu nümayiş etdirdik. Bu gün öz azarkeşlərimizlə birlikdə bu, əla oyun idi. Biz isə bu böyük komandamızla qürur duyuruq. Bu, hələ başlanğıcdır! Bizim zehniyyətimiz daha da yaxşı olmaqda əksini tapır. Bu, çox çətin oyun idi, çünki “Liverpul” – çox güclü komandadır… Bu, bizim bütün azarkeşlərimiz üçün bir oyun idi.
Topu saxlamaq çətin idi. Amma zehniyyətimiz, xasiyyətimiz və xüsusilə də Donnarummanın (PSJ-nin 26 yaşlı italyan əsas qapıçısı) sayəsində biz qələbə qazana bildik. Biz gücümüzün bərpası və qələbəni necə qeyd etmək haqda düşünməliyik. Biz göstərdik ki, futbol oynamağı sevirik, özü də stadion və ab-havadan asılı olmayaraq”, – “RMC Sport” dərgisi ispan mütəxəssisdən sitat gətirir.

Yarışın 1/4 finalına adlamış PSJ bu mərhələdə “Brügge” – “Aston Villa” cütünün qalibi ilə qarşılaşacaq. İngiltərə nəhəngi “Liverpul” isə ümidlərini növbəti mövsümə bağlamalı olub.

Seçilən
8
arena.az

1Mənbələr