AZ

Paytaxt klubu onlarla bağlı qərarını verdi – SON DƏQİQƏ!

“Sabah” əvəzedici heyətə göndərdiyi iki oyunçusu ilə bağlı qərar qəbul edib.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Abulla Rzayevlə Şakir Seyidovdan gedir. Rəhbərlik iki futbolçunu da komandadan göndərəcək.

Seyidovun mövsüm sonu “bayquşlar”la müqaviləsi başa çatır. Ona yeni sözləşmə təklif edilməyəcək.

Rzayevin isə müqaviləsi davam etsə də, komandada qalmayacaq. O, başqa kluba icarəyə göndərilir.

Bu barədə rəhbərliyin qərarı qətidir. Baş məşqçi Vasili Berezutskinin postunda qalıb-qalmamasının qərara təsiri olmayacaq.

Seçilən
15
idmanxeber.az

1Mənbələr