AZ

6 özəl stomatoloji müəssisədə nöqsanlar aşkarlanıb

Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında ölkədə stomatoloji xidmət göstərən 17 özəl tibb müəssisəsində yoxlama keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, bu yoxlamalar nəticəsində altı müəssisədə nöqsanlar aşkar edilib:

"İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsi üzrə bir, 215.1 maddəsi üzrə dörd, 215.4 maddəsi üzrə bir protokol tərtib edilərək, növbəti icraata göndərilib".

Seçilən
11
5
demokrat.az

10Mənbələr