
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb."Ulusum".az President.az-a istinadən xəbər verir ki, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1.1.2-ci, 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin birinci abzasları aşağıdakı redaksiyada verilir:"1.1.2. əlillik ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət:";"1.1.3. əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verdikdə:";"1.1.4. əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən baş verdikdə:".Beləliklə, terror hadisəsi ilə əlaqədar səbəblərdən əlillik baş verdikdə əlilliyə görə müavinət təyin ediləcək.Müavinətin məbləği aşağıdakı kimidir:- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 270 (iki yüz yetmiş) manat;- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 220 (iki yüz iyirmi) manat;- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 150 (yüz əlli) manat.
Diqqət Çəkənlər
Ukrayna və ABŞ danışıqlarının birinci raundunun mövzuları açıqlandı
Zelenski atəşkəs təklifinin təfərrüatlarını açıqladı
Məşhur italyan tenoru Bakıda çıxış edəcək - VİDEO