Bakı. Trend:
Azərbaycanın kapital bazarlarının beynəlxalq platformalara dahasıx inteqrasiyası, xarici investorların cəlb olunması və beynəlxalqtərəfdaşlıqların gücləndirilməsi prioritet məsələlərsırasındadır.
Trend xəbərverir ki, bunu Azərbaycan Fond Bazarı İştirakçılarınınAssosiasiyasının İdarə Heyətinin sədri Ceyhun Hacıyev bu gün Bakıdakeçirilən 12-ci Beynəlxalq "Caspian Investment Forum"undadeyib.
O bildirib ki, sürətlə dəyişən qlobal iqtisadi şəraitdə kapitalbazarlarının dayanıqlılığı və rəqabətqabiliyyətliliyi mühüməhəmiyyət kəsb edir:
"Kapital bazarları yalnız maliyyə institutlarının inkişafı üçündeyil, bütövlükdə ölkə iqtisadiyyatının diversifikasiyası vədayanıqlı böyüməsi üçün əsas sütunlardan biridir. Güclü vərəqabətədavamlı fond bazarları investorlar üçün yeni imkanlar açır,yerli şirkətlərin daha əlverişli şərtlərlə maliyyələşməsinə şəraityaradır və ölkənin qlobal iqtisadiyyata inteqrasiyasınısürətləndirir.
Biz bazar iştirakçıları olaraq, səmərəli və şəffaf ticarətmexanizmlərinin yaradılmasına çalışmalıyıq. Xüsusilə yeni maliyyəalətlərinin tətbiqi və yerli bizneslərin fond bazarlarına çıxışimkanlarının genişləndirilməsi istiqamətində hansı addımlarınatılacağını müzakirə etmək çox maraqlı olar. Azərbaycanın kapitalbazarlarının beynəlxalq platformalara daha sıx inteqrasiyası,xarici investorların cəlb olunması və beynəlxalq tərəfdaşlıqlarıngücləndirilməsi prioritet məsələlər sırasındadır".
"AFBİA olaraq biz daim kapital bazarlarının inkişafına töhfəvermək, bazar infrastrukturunu təkmilləşdirmək və investorlarıngüvənini artırmaq üçün çalışırıq. Tənzimləyicilər, bazariştirakçıları və investorlar arasında güclü əməkdaşlıq yaratmaq,şəffaflığı təmin etmək və bazarda rəqabət qabiliyyətini artırmaqəsas prioritetlərimizdəndir", - deyə C.Hacıyev qeyd edib.