AZ

Mərkəzi Bank sukuk üzrə qanunvericilik çərçivələrinin formalaşması istiqamətində işlər aparacaq

Mərkəzi Bank İslam maliyyəsinin kapital bazarı aləti olan sukuk üzrə qanunvericilik çərçivələrinin formalaşması istiqamətində işlərin aparılmasını nəzərdə tutur.

FED.az xəbər verir ki, bunu Azərbaycan  Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.

Umeyra İbrahimova çıxış edərkən vurğulayıb ki, " Belə ki, həm potensial investorlar üçün, həm emitentlər üçün maraq kəsb edəcək  İslam maliyyəsinin kapital bazarı aləti olan sukuk, sukritizasiya və həmçinin də törəmə maliyyə alətləri üzrə qanunvericilik çərçivələrinin formalaşması üzrə işlərin aparılması nəzərdə tutulur. Eyni zamanda, qiymətli kağızlar bazarı qanunvericiliyinin, beynəlxalq standartlara və yerli bazarın tələblərinə uyğunlaşdırılması ilə bağlı geniş bir layihəyə artıq start verilmişdir". 

Onun sözlərinə görə, iqtisadiyyatın dayanıqlı və davamlı inkişafında sahibkarlıq sahəsinin, real sektorun rolu danılmazdır. 

"Bizim də əsas məqsədimiz inkişafına dəstək verərək iqtisadiyyata müsbət töhfəmizi verməkdir. Mərkəzi Bank olaraq bu istiqamətdə bütün səylərimizi göstərəcəyik"- deyə o əlavə edib.

Seçilən
40
fed.az

1Mənbələr