AZ

"Azərbaycanda ilk dəfə səhmlərin kütləvi təklifi üzrə abunə yazılışı mobil tətbiq üzərindən həyata keçirilib"

Azərbaycanda ilk dəfə olaraq səhmlərin kütləvi təklifi üzrə abunə yazılışı prosesinin, həmçinin də səhmlər üzrə təkrar bazar əməliyyatlarının mobil tətbiq üzərindən həyata keçirilməsi təmin olunmuşdur. 

FED.az xəbər verir ki, bunu Azərbaycan  Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.

Direktor bildirib ki,"Xüsusilə qeyd etmək istərdim ki, Mərkəzi Bank tərəfindən qəbul edilmiş 2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişafı strategiyasında bank, sığorta, ödəniş sektorları ilə yanaşı, ölkəmizdə maliyyə sisteminin mühüm sektoru olan kapital bazarları da xüsusi rol oynayır. Kapital bazarları üzrə əsas strateji hədəflərimiz isə bazar infrastrukturunun inkişaf etdirilməsi, bazara olan etimadın gücləndirilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və investisiya alətlərinin çeşidinin artırılmasıdır. Strategiyamızın ilk ili deyərdim ki, olduqca məhsuldar olmuşdur. Ötən ildə kapital bazarının əməliyyat infrastrukturunun rəqəmsallaşdırılması məqsədilə ticarət və ticarət sonrası sistemlərin rəqəmsal platformalara inteqrasiyası təmin olunmuşdur. Görülən işlərin nəticəsində Azərbaycanda ilk dəfə olaraq səhmlərin kütləvi təklifi üzrə abunə yazılışı prosesinin, həmçinin də səhmlər üzrə təkrar bazar əməliyyatlarının mobil tətbiq üzərindən həyata keçirilməsi təmin olunmuşdur".

Seçilən
17
fed.az

1Mənbələr