Bakı, TurkicWorld
Yaxın günlərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, Quba İş Adamlarına Dəstək-QİAD platformasının da tərəfdaşlığı ilə “Zəfərin uşaqları ilə oxu marafonu“ başlayacaq.
TurkicWorld xəbər verir ki, Quba, Qusar, Xaçmaz rayonlarında təşkil ediləcək məktəblilərin mütaliə yarışında 6 məktəb, 108 müəllim, 300 şagird iştirak edəcək.
Marafon 30 Sentyabrda başa çatacaq, qaliblar mükafatlandırılacaq.
Yarış iştirakçılarına müvəffəqiyyətlər arzu edirik.
Bölgəmizə xeyirli, uğurlu olsun !