AZ

İki ayda Azərbaycan əhalisi dərmana gündəlik orta hesabla 3,9 milyon manat xərcləyib

2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 230 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-fevral ayına nisbətən 11,5%  çoxdur.

Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,5% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.

Təkcə fevral ayı ərzində əhali 117,7 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları alıb.

Seçilən
21
fed.az

1Mənbələr