AZ

AFBİA: Emissiya prospektinin pulsuz PR marketinq aləti olduğu tam dərk edilmir

Hazırda emissiyaçılar tam olaraq dərk etmirlər ki, emissiya prospekti onların pulsuz PR və marketinq alətidir.

"Report" xəbər verir ki, bunu “Azərbaycan Fond Birjası İştirakçılarının Assosiasiyası” (AFBİA) İctimai Birliyinin İdarə heyətinin üzvü Pərvanə Qasımova 12-ci Beynəlxalq "Caspian Investment Forumun"da bildirib.

"Səhmlər və istiqrazlar hüquqlardır və investor hər hansı bir alət barədə, bazara çıxarılan yeni bir alət haqqında məlumat əldə etmək üçün əsas sənəd emissiya prospektidir. Fəaliyyət dövründə görürük ki, bəzən emissiyaçılar gileylənirlər ki, Mərkəzi Bank çox qeydlər edir, müxtəlif tənzimləmələr həyata keçirir. Bu həmişə olacaq. Böyük bir sənəddə, sözsüz ki, texniki hansısa səhvlər olacaq, bunu tamamilə optimallaşdırmaq mümkün deyil", - o vurğulayıb.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə şirkətlər artıq təkamülün o mərhələsinə çatıb ki, emissiya prospektləri ilə özlərini təqdim edirlər: "Onlar bu prospektlərin tərtibatına o qədər yaradıcı yanaşırlar ki, hətta əlavə konsultantlar cəlb edərək prospekti daha cəlbedici edirlər".

Seçilən
31
report.az

1Mənbələr