"Bayern Münhen"in hücumçusu Harri Keyn Çempionlar Liqasında (ÇL) unikal nəticəyə imza atıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, turnirin 1/8 final mərhələsinin cavab oyununda - "Bayer Leverkuzen"lə səfər matçında (2:0) qol və məhsuldar ötürmə ilə yadda qalan 31 yaşlı forvard ÇL-də bir mövsümdə 10 dəfə rəqib qapılarına yol tapmağı bacaran ilk ingilis olub.
Cari mövsüm bütün turnirlərdə 36 matça çıxan Harri 32 qol və 11 assistlə diqqət çəkib. "Transfermarkt" portalı onun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.
Nihat