AZ

Ruslan Xəlilov: "Dövlət və özəl müəssisələrinin İPO-ya təşviq edilməsi istiqamətində işlər aparılır"

Bakı Fond Birjası (BFB) istiqraz bazarına daha çox dövlət müəssisələrinin və korporativ emitentlərin cəlb edilməsini hədəfləyir.

“Report” xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.

Onun sözlərinə görə, BFB-nin 2024-2026-cı illər üçün strateji inkişaf planı iki əsas istiqamət üzrə qurulub: "İstiqraz bazarının genişləndirilməsində əsas məqsəd dövlət müəssisələri və korporativ emitentlərin bazara çıxışını təşviq etməkdir. Səhm bazarının inkişafı məqsədilə dövlət və özəl sektor müəssisələrinin səhm bazarına cəlb edilməsi və ilkin kütləvi təkliflərə (İPO) təşviq edilməsi istiqamətində işlər aparılır".

R.Xəlilov vurğulayıb ki, hər iki istiqamət üzrə həyata keçirilən təşəbbüslər maliyyə savadlılığının və kapital bazarları haqqında məlumatlılığın artırılmasına xidmət edir.

Seçilən
10
report.az

1Mənbələr