Rusiya Səudiyyə Ərəbistanında ABŞ – Ukrayna danışıqlarından sonra təklif olunan atəşkəs məsələsində özünü qabağa almaq istəmir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bax, sən özünü bir az qabaqlayırsan, biz bunu etmək istəmirik. Dünən mətbuata açıqlama verən həm [ABŞ Dövlət Katibi] Marko] Rubio, həm də [ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk] Vals müxtəlif diplomatik kanallar vasitəsilə Ciddədə baş tutan danışıqların mahiyyəti barədə bizə ətraflı məlumat verəcəklərini söylədilər”, – Kremlin sözçüsü qeyd edib.
Peskov aydınlıq gətirib ki, təklif olunan atəşkəs rejimini qiymətləndirmək üçün Rusiya tərəfi ilk növbədə “bu məlumatı almalıdır”. Onun sözlərinə görə, bu, Moskva və Vaşinqton arasında planlaşdırılan təmaslar zamanı baş verə bilər.
Daha əvvəl prezidentin mətbuat katibi bildirib ki, Rusiya ABŞ və Ukrayna arasında danışıqların yekunlarına dair bəyanatları diqqətlə öyrənir, həmçinin Rubio və Valsdan Moskvaya Səudiyyə Ərəbistanındakı müzakirələrin təfərrüatları barədə məlumat verəcəyini gözləyir.