AZ

Ukraynadan Ciddə danışıqları ilə bağlı MÜHÜM AÇIQLAMA

Səudiyyə Ərəbistanındakı danışıqlar yalnız illər sonra açıqlana bilər.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna XİN sözçüsü Georgiy Tixiy yazıb.

“Danışıqlar 8 saatdan çox davam edib, demək olar ki, fasiləsiz, yalnız nahar istisna olmaqla”, – deyə o qeyd edib.

Tixiyin sözlərinə görə, hətta çətin kompromislər mümkün olur. Kim və hansı kompromislərə gedib – Ukrayna rəsmisi bunu açıqlamayıb.

Bundan əlavə, bir neçə saat davam edən ortaq bəyanat üzərində işin son mərhələsində Ukrayna prezidenti Volodimir Zelenski də danışıqlara qoşulub.

Seçilən
5
editor.az

1Mənbələr