Bakı. Trend:
12-ci Bakı Qlobal Forumu açıq və məzmunlu müzakirələr üçünaparıcı dünya liderlərini, beynəlxalq təşkilat nümayəndələrini vəalimləri bir araya gətirən əlamətdar hadisə olmağı vəd edir.
Trend xəbərverir ki, bunu Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin həmsədri, DünyaBankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin 12-ci BakıQlobal Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
“Forum təxminən 400 iştirakçını bir araya gətirir ki, onlarınarasında azı 50 hazırkı və ya keçmiş prezidentlər və baş nazirlər,o cümlədən, BMT agentliklərinin rəhbərləri və akademik dairələrinaparıcı nümayəndələri yer alır”, - deyə o bildirib.
Onun sözlərinə görə, təcrübə toplamaq və analitik qənaətlərəgəlmək üçün müzakirələrin açıq, səmimi və hədəfli olmasıvacibdir.
İsmayıl Serageldin qeyd edib ki, builki forum xüsusi önəmdaşıyacaq, belə ki, dünya irimiqyaslı dəyişikliklərlə üz-üzəqalıb.
“Dünyanın yeni düzəni necə olacaq? Sülh və inkişafınperspektivləri necədir? Məhz bu suallar müzakirələrdə mərkəzi yertutacaq və o cür nüfuzlu şəxsiyyətlərin tədbirdə iştirakı onaxüsusi dəyər qatmış olur”, - deyə o bildirib.
İsmayıl Serageldin bildirib ki, tez-tez dəyişən beynəlxalqsituasiya qarşıdakı müzakirələrə əlavə əhəmiyyət verir.
“Forum imkanlar və çağırışlar yaradan, onların həllini tələbedən yeni ittifaqların perspektivlərini nəzərdən keçirmək üçünunikal imkan təklif edir. Bu, son illərin ən maraqlı və məzmunlutədbirlərdən biri olacaq”, -deyə o əlavə edib.