AZ

"Ötən il korporativ qiymətli kağızların bazar dövriyyəsi 1 milyard 30 milyon manata çatıb"

Korporativ qiymətli kağızların bazar dövriyyəsi həcmi 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin sonuna rəqəm 135 faiz artaraq 1 milyard 30 milyon manata çatmışdır. 

FED.az xəbər verir ki, bunu Azərbaycan  Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.

O bildirib ki, başqa bir müsbət tendensiya korporativ qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin artmasıdır.

"Belə ki, Bakı Fond Birjasının açıqladığı statistikaya əsasən, ümumilikdə korporativ qiymətli kağızlar bazar dövriyyəsi 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin sonuna rəqəm 135 faiz artaraq 1 milyard 30 milyon manata çatmışdır. Bu da olduqca qürurverici bir haldır. Əlbəttə ki, gələcək planlarımız daha genişdir və cari il ambisiyalı hədəflərimiz var" - deyə o öz çıxışında məlumat verib.

Seçilən
6
fed.az

1Mənbələr