Kilian Mbappenin “Real”a keçidinin maliyyə detalları açıqlanıb.
Bu barədə “El Nacional” nəşri məlumat yayıb.
“Real” ötən ilin yayında azad agent kimi sıralarına cəlb etdiyi futbolçuya bu yaxınlarda 117 milyon avro və illik əməkhaqqı məbləğində bonus ödəyib. Məlumatda fransalı hücumçunun İspaniya klubu ilə imzaladığı müqavilədə həmin bonusun ödənilməsinə dair bənd olduğu bildirilib.
Yeri gəlmişkən, Kilian bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 27 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta