AZ

VACİB XƏBƏR! Dövlət rüsumu ödənildiyi zaman əlavə komissiya NİYƏ TUTULUR?

Bəzən vətəndaşlar şikayət edir ki, müxtəlif dövlət qurumlarında dövlət rüsumu ödənişləri zamanı əlavə komissiya haqqı da ödəməli olurlar. Bu isə vətəndaşlar arasında tərəddüdlərə səbəb olur. Ümumiyyətlə dövlət rüsumu ödənildiyi halda əlavə komissiya haqqının tələb edilməsi nə dərəcədə düzgündür? Komissiya haqqı hansı hallarda ödənilə bilər? Banklar nə qədər komissiya haqqı tələb edirlər?


Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Referans-a açıqlamasında bildirib ki, əsasən məlum olduğu kimi komissiya haqqını bank vətəndaşlardan tələb edir. Bu isə hesab edirəm ki, normal bir haldır. Çünki dövlət rüsumunu vətəndaş hər hansısa bir dövlət qurumunun hesabına ödəyir. Burada məsələ odur ki, bank da pulsuz xidmət göstərmir. Bu mümkün deyil.


Əkrəm Həsənov həmçinin vurğulayıb ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da banklar əsasə özəl sektora aiddir. Bu isə artıq sahibkarlıq və biznes mühitin tələblərindən yaranan məsələlərdən biridir. Pul köçürülmə prosesləri  və ya digər belə xidmətlər zamanı dünyanın bütün ölkələrindəki banklarda komissiya haqqı var. Yəni komissiya ödənişləri bankların tələbidir və bu heç də qeyri-qanuni deyil.




Ekspertin qənaətinə görə, cəmiyyət arasında belə bir fikir formalaşıb ki, sanki banklar da bir növ dövlət qurumlarıdır. Bu qətiyyən belə deyil. Bankların funkisiyası və prinsipləri birbaşa kommersiya xarakterlidir. Buna görə də banklar əhaliyə göstərdikləri xidmətlərin müqabilində komissiya ödənişlərini tələb etmək hüququna malikdirlər.  


Bünyamin Bünyadzadə

Referans

Seçilən
41
referans.az

1Mənbələr