“Mançester Yunayted” klubu “Atalanta”nın futbolçusu Edersonu transfer etmək istəyir.
İdmanxeber.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro ödəməyə hazırdır.
Ederson 2022-ci ilin yayından “Atalanta”da çıxış edir. O, cari mövsümdə 40 oyunda meydanda olub, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.