Massimiliano Alleqri yenidən “Milan”ı çalışdıra bilər.
İdmanxeber.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis növbəti mövsümdən etibarən “qırmızı-qaralar”ın başına keçməyə müsbət yanaşır. Alleqri son olaraq “Yuventus”da çalışıb.
O, daha öncə 2010-14-cü illər arasında “Milan”ı çalışdırıb. “Rossonyeri” onun rəhbərliyi altında 2010-11 mövsümündə A Seriyasını qazanıb.