AZ

“Badamlı Quşçuluq” MMC-nin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şahbuz rayonu Badamlı qəsəbəsində fəaliyyət göstərən “Badamlı Quşçuluq” MMC-də həyata keçirilən plandankənar yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Agentlikdən "Unikal"a bildirilib ki, kəsim zamanı proseslərin həyata keçirilməsi üçün müvafiq bölmələrin təşkil olunmadığı, alət və avadanlıqların, döşəmənin korroziyaya davamlı materialdan hazılanmadığı, kanalizasiya sisteminin təşkil olunmadığı, temperaturun monitorinqinin aparılmadığı müəyyənləşib.

Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilərək, nöqsanlar aradan qaldırılanadək müvafiq məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.


Mənbə: unikal.az

Seçilən
16
4
unikal.az

6Mənbələr