Baş rollarda Evrim Alasya, Barış Kılıç, Ahmet Mümtaz Taylan, Sıla Türkoğlu, Doğukan Güngörün yer aldığı "Kızılcık şerbeti" serialında həyəcan davam edir.
News24.az xəbər verir ki, serial ekrandakı reytinq göstəriciləri ilə yanaşı, aktyorları ilə də gündəmdədir.
Serialda Nilay obrazını canlandıran Feyza Civelek bir müddət əvvəl İnstaqram hesabında qəza keçirdiyini açıqlayıb.
Qolu gipsə salınan aktrisa "Qolumu sındırdım. Gözlənilməz qəza... Yenə nəzərə gəldik" deyib.
Bu gün xəstəxana qarşısında paylaşım edən aktrisa əməliyyata alınacağını bildirib və dualar istəyib.
"Qolumdan əməliyyata gedirəm. Dualarınızı əsirgəməyin", - deyə o bildirib.
Aynurə