“Azərbaycanın 12-ci təklifinə münasibətimizi bildirmişik. Yaxın vaxtlarda bizim Azərbaycan tərəfi ilə sazişin təsdiqi, imzalanması və ratifikasiyası ilə bağlı bütün məsələləri müzakirə etmək imkanımız olacaq”.
AzPost bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Mirzoyan Niderlandda keçirdiyi mətbuat konfrasında bildirib.
“Biz həmçinin, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində üçüncü qüvvələrin olmasını istisna etmək kimi müddəaları da müzakirə edirik. Mübahisələrin, iddiaların, bir-birlərinə qarşı şikayətlərin beynəlxalq hüquqi platformalarda rədd edilməsini müzakirə edirik və bu və bütün digər məqamlar razılaşdırılıb, imzalanıb qüvvəyə minirsə, onlar məcburi şəkildə icra edilməlidir”-deyə Mirzoyan vurğulayıb.