AZ

Rus ordusu Sudjaya yaxınlaşır - Foto

Rus

Rusiya qoşunları Ukrayna Müdafiə Qüvvələrini Kursk körpüsünün əhəmiyyətli hissəsindən çıxarıb və Sudjaya çox yaxınlaşıblar.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı döyüş zonasından geolokasiya edilmiş kadrlara istinadla məlumat yayıb.

Telekanalın təhlil etdiyi xəritələr və geolokasiyalı kadrlar göstərir ki, Rusiya qüvvələri Kursk vilayətində - Sudjada Ukrayna qüvvələrini geri çəkilməyə məcbur ediblər.

Xüsusilə, britaniyalı jurnalistlər Rusiyanın “Z-publics” tərəfindən dərc edilən videoları təhlil edirlər. Onlar Sudja yaxınlığındakı kəndlərdə Rusiya bayraqlarının qaldırıldığını göstərirlər. İngilislər videolardan birinin Sudjanın mərkəzindən 1,5 km şərqdə yerləşən Zamostye kəndində çəkildiyini müəyyən ediblər.



Telekanal həmçinin Sudjadakı Ukrayna kontingentinin təmin olunduğu əsas nəqliyyat arteriyasının zəifliyini vurğulayır: Sudja-Yunakovka (Sumı vilayətində kənd) magistral yolu. Ekspertlərin fikrincə, ruslar bu marşrutu kəsə və ya başqa yolla bağlaya bilsələr, o zaman Ukraynanın bölgədəki logistik müdafiəsi risk altında ola bilər.

ELÇİN
Seçilən
6
reyting.az

1Mənbələr