Müzakirələrin əsas məqsədi gənclərin televiziyaya marağının artırılması üçün silsilə verilişlərin hazırlanması, müasir çağırışların analizi və tətbiqi olub.
AzTV QSC-nin sədri Rövşən Məmmədov bu istiqamətdə aidiyyatı təlimatlar verərək, sosial media seqmentinin inkişafından danışıb, gənclərin sosial mediadan adekvat istifadəsinin zəruriliyini vurğulayıb. Bundan əlavə, İctimai Şuranın iclasında bölgələrdə yerli ictimaiyyətlə görüşlərin keçirilməsi, ictimai-siyasi verilişlərin televiziya və radioda daha dinamik yayımlanmasının vacibliyi, qısametrajlı filmlərin çəkilişi kimi məsələlərə toxunulub, bu sahədə AzTV QSC-nin gördüyü fəaliyyətdən danışılıb.
Qeyd edək ki, İctimai Şuranın yeni tərkibi aşağıdakı heyətdən ibarətdir:
Xalq artisti Rasim Balayev
AMEA-nın vitse-prezidenti, Akademik Rasim Əliquliyev
Əməkdar jurnalist, Professor Qulu Məhərrəmli
Professor, nitq üzrə mütəxəssis Sevinc Əliyeva
Xalq yazıçısı Natiq Rəsulzadə
BDU-nun jurnalistika fakültəsinin dekanı, dos. Vüqar Əliyev
Jurnalist, blogger, səyyah Azər Qərib
Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova
Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova
Jurnalist Ayaz Mirzəyev
Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı
Professor, siyasi elmlər doktoru, "Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri Elçin Əhmədov