“Barselona”nın hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, 17 yaşlı oyunçu turnirdə 5 assist edən ən gənc futbolçu olub. O, ötən gecə ÇL-in 1/8 finalının PSJ ilə cavab matçında mövsümdə 5-ci qol ötürməsini edib.
Yamal karyerası ərzində Çempionlar Liqasında 19 matçda iştirak edib və aktivində 3 qolu da var.