Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün dördüncü iclası keçirilib.
Bu barədə Missiya.Az-a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, əsasən yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb. "Təxminən 100-ə yaxın müraciətə baxılaraq qərarlar qəbul edilib"