AZ

Anri "Qızıl top"u hansı oyunçunun daha çox haqq etdiyini dedi - Nə Mbappedir, nə də Vinisius

"Arsenal"ın, "Barselona"nın və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri "Qızıl top"u qazanmağa ən real namizəd saydığı oyunçunun adını deyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Mundo Deportivo" belə çatdırıb:

"Mənim üçün hazırda Rafinya hamıdan öndədir. O, Çempionlar Liqasında 11 qol vurub. Məhəmməd Salah mükafatı əldə etməyə böyük namizəddirsə, Keynin də şansı az deyil. Ola bilsin ki, Dembele də... ÇL-də yaxşı oynayırsansa, ölkə çempionatının qalibi olursansa, deməli, şansın var. Amma Rafinya indi çox yaxşı formadadır. Çox sayda qol vurub və bunlardan yalnız biri penaltidir. Biz Rafinya haqda bir qədər çox danışmalıyıq. Rəqib pressinq tətbiq edərkən müdafiə olunmaq bacarığı öz yerində, digər məqamlar üzərində də dayanmalıyıq. Rafinya hücumda işini lazımınca görməklə yanaşı, müdafiəyə də kömək edir".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 41 matça çıxan Rafinya 27 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçunun "Barselona" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. 

Nihat

Seçilən
17
fanat.az

1Mənbələr