AZ

Suriya XİN rəhbəri Brüsselə səfər edəcək

Konfransda Suriyada yeni siyasi sistemin formalaşdırılması məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani ölkəyə yardım göstərən donorların beynəlxalq konfransında iştirak etmək üçün martın 17-də Brüsselə səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, konfrans 9-cu dəfə keçiriləcək və Suriya hakimiyyəti ilk dəfə bu konfransda təmsil olunacaq. Konfransda Suriyaya beynəlxalq dəstək, iqtisadiyyatının bərpası və ölkədə yeni siyasi sistemin formalaşdırılması məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

 

Seçilən
10
operativmedia.az

1Mənbələr