AZ

“Bavariya”nın hücumçusu rekorda imza atdı

“Bavariya”nın hücumçusu Harri Keyn yeni rekorda imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı hücumçu Çempionlar Liqasının bir mövsümündə 10 qol vuran ilk ingiltərəli oyunçu olub. O, 1/8 final mərhələsində “Bayer”ə qarşı fərqlənməklə buna nail olub.

Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayından “Bavariya”da çıxış edir. Onun Münxen klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

Seçilən
18
1
idmanxeber.az

4Mənbələr