AZ

"Atletiko Madrid"in hücumçusu 5 oyunluq diskvalifikasiya edildi

"Atletiko Madrid"in hücumçusu Anxel Korrea 5 oyunluq diskvalifikasiya edilib.

Fanat.Az COPE-yə istinadən xəbər verir ki, ön xətt oyunçusu La Liqanın 27-ci turunda "Xetafe"yə qarşı səfər matçında (1:2) hakimin ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün cəzalandırılıb.

Belə ki, 88-ci dəqiqəsində qırmızı vərəqə alan Korrea əsəblərini cilovlaya bilməyib və referini söyüb.

Qeyd edək ki, 27 oyuna 56 xal toplayan "Atletiko" La Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub. "Qırmızı-ağlar" uyğun olaraq ilk iki pillədə mövqe tutan "Barselona" və "Real"dan 1 xal geri qalırlar. 

Nihat

Seçilən
10
fanat.az

1Mənbələr