Sea Breeze

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq XII Bakı Qlobal Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Böyük Britaniyanın Kral Akademiyasının ilk qadın rəhbəri Baronessa Suzan Qrinfild Yeni Klinikanı ziyarət edib.

Yeni Klinikanın direktoru Barat Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutan görüşdə qonaqlara tibb müəssisəsi haqqında ətraflı məlumat verilərək tibbi xidmət istiqamətləri, əldə olunan nailiyyətlər və gələcək hədəflər diqqətə çatdırılıb.
Beyin fiziologiyası sahəsi üzrə ixtisaslaşan, parkinson və alzheimer xəstəlikləri ilə bağlı tədqiqatlarda iştirak edən Baronessa Suzan Qrinfild Yeni Klinika ilə araşdırma və tədqiqat sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, artıq Los-Anceles və Milanda yerləşən xəstəxanalarla bu istiqamətdə tədbirlərin həyata keçirildiyini vurğulayaraq, bu xəstəliklərə qarşı mübarizə və yeni müalicə üsullarının inkişafı üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib. Xanım Qrinfild bu cür əməkdaşlığın müalicə metodlarının inkişafı və xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində böyük irəliləyişlərə gətirib çıxaracağını ümid etdiyini əlavə edib.

Hazırda dünyada 50 milyondan çox insanın alzheimer xəstəliyindən əziyyət çəkdiyini bildirən Barat Yusubov müxtəlif ölkələrdəki ekspertlərin, tədqiqatçıların bir araya gəlməsi, eyni zamanda yeni müalicə metodları və texnologiyaların tətbiq olunmasında maraqlı olduğunu bildirib.
Daha sonra Baronessa Suzan Qrinfild Reanimasiya, Təcili və təxirəsalınmaz tibbi yardım, Fizioterapiya və reabilitasiya şöbələri yaxından tanış olub. Əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüş xəstəxana turu ilə yekunlaşıb.

ETX
ETX
ETX