AZ

Millət vəkili: “Qanunlar nə qədər düzgün olsa da, qohum evliliyi nəticəsində doğulan uşaqlar da var”

“Ölkəmizdə qadın və uşaq hüquqlarının üstün tutulması böyük prioritetdir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədov deyib.

O, nikahdankənar doğulan uşaqlarla bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyilən fikirlərlə bağlı danışıb.

Onun sözlərinə görə, Azərbaycanda ailə institutu ilə bağlı qanunvericilik kifayət qədər mükəmməldir:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində bütün konseptual məsələlər öz əksini tapmışdır. Profil istiqamətində də müxtəlif qanunvericilik aktları vardır. Mən düşünürəm ki, Azərbaycanda ailə institutu ilə bağlı qanunvericilik kifayət qədər mükəmməldir. Amma müəyyən kənara çıxmalar və s. olsa belə, nəzərə almaq lazımdır ki, bunlar dünyanın hər bir ölkəsində var. Həmin maarifləndirmə yolu ilə cəmiyyətdə istər qeyri-hökumət təşkilatları, istərsə də Milli Məclisin Ailə, qadın, uşaq məsələləri üzrə komitəsi bu mövzularla bağlı müəyyən işlər həyata keçirməkdədir. Avropa ölkələri ilə müqayisə etsək, Azərbaycanda ailə institutu kifayət qədər yüksəkdir. Bu, milli-mənəvi dəyərlərdən də irəli gələ bilər. Başqa ölkələrdən fərqli olaraq, bizim ölkədə pozitiv ayrı-seçkilik vardır. Yəni ki, qadın və uşaq hüquqlarının daha üstün tutulması prosesi qanunvericilikdə öz əksini tapmışdır”.

Ekspert qeyd edir ki, qanundankənar qohum evliliyi nəticəsində doğulan uşaqlar üzrə daha geniş formada araşdırmalar aparılır:

“Bu gün ölkəmizdə qanunlar nə qədər düzgün olsa da, qanundankənar qohum evliliyi nəticəsində doğulan uşaqlar da var. Məsələ ilə bağlı müəyyən araşdırmalar aparılır. Hazırkı statistikaya nəzər salsaq, nəticələr kifayət qədər müsbətdir. Ümumiyyətlə, yeni doğulmuş uşaqların qeydiyyat məsələləri mövcuddur. Qeydiyyat məsələlərində artıq sənədləşmə prosesi həyata keçirilir. Doğuş müəssisələrində də anında və birmənalı şəkildə qeydiyyat və sənədləşmə aparılır. Buna görə həmin uşaqların qeydiyyatdan kənar qalması qeyri-mümkündür”.

Nəzrin Bünyatova

Seçilən
6
yenicag.az

1Mənbələr