AZ

Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır - Xüsusi elçi

Türkiyənin NTV telekanalı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi elçi Ruben Rubinyanın iştirakı ilə reportaj yayımlayıb.

Modern.az xəbər verir ki, reportajda RRubinyan bildirib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa tam hazırdır və İrəvanın bu məsələyə yanaşması prosesin əvvəlindən dəyişməyib.

“Biz Türkiyə ilə diplomatik münasibətlərin normallaşdırılması və Ermənistanın quru sərhədinin açılmasını ehtiva edən münasibətlərin tam həllini gözləyirik”, - o deyib.

Ermənistanın xüsusi nümayəndəsi nizamlanma prosesindən danışarkən bir daha vurğulayıb ki, İrəvan heç bir ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırdır. Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədi açmağa, dünən də, bu gün də, sabah da münasibətlərin tam nizamlanmasına hazırdır və əgər Türkiyənin siyasi iradəsi olsa, o zaman hər şey çox sürətlə həyata keçiriləcək.

Rubinyan daha sonra qeyd edib ki, Ermənistan sərhədlərin açılması məsələsində Türkiyənin addımlarını gözləyir. Bu kontekstdə o, Ermənistan tərəfdəki Marqara keçid məntəqəsinin təmir olunaraq hazır vəziyyətə gətirildiyini və türk tərəfdaşlarından da bunu gözlədiyini vurğulayıb. Sərhəddə yerləşən körpünün təmiri və ya yenidən qurulması ilə bağlı da razılıq əldə olunub.

"Bu günə qədər ən mühüm razılaşma 2022-ci ildə əldə edilmiş üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasıdır", - Rubinyan fikrini yekunlaşdırıb.

Seçilən
5
1
modern.az

1Mənbələr