AZ

Masallı Sənaye Məhəlləsində indiyədək 14,4 milyon manatlıq məhsul istehsal edilib

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindəolan Masallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyonmanatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusuverilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.

Bu barədə Trend-ə İZİA-dan məlumat verilib.

Bildirilib ki, sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə2,1 milyon manat investisiya yatırılıb, 70-dən artıq daimi iş yeriyaradılıb:

"Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi işyerinin yaradılması nəzərdə tutulur.

Masallı Sənaye Məhəlləsində indiyədək 14,4 milyon manatlıqməhsul istehsalı həyata keçirilib".

Qeyd edək ki, Masallı Sənaye Məhəlləsi Dövlət başçısının 2016-cıil 13 iyun tarixli Sərəncamı ilə yaradılıb. Məhəllə 10 hektarərazini əhatə edir.

Seçilən
12
8
az.trend.az

10Mənbələr