AZ

Tramp “Tesla”a aldı


ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında milyarder İlon Maskdan “Tesla” elektrik avtomobili alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, yerli televiziya kanallarına danışıb.
“Biz Ağ Evin qarşısına çıxdıq. Onda (İlon Mask - red.) dörd dənə var idi. Mən jurnalistlərin gözü önündə birini aldım”, - prezident izah edib.
Amerika lideri qırmızı rəngdə “Model S” alıb. Ümumilikdə Mask Ağ Evin girişində Trampın artıq sahib olduğu “CyberTruck” daxil olmaqla beş avtomobil təqdim edib. Prezident Məxfi Xidmətin məhdudiyyətlərini əsas gətirərək yeni elektromobilini sürməyib.
Qeyd edək ki, bundan əvvəl Tramp İlon Maska dəstək əlaməti olaraq “Tesla” avtomobili almaq niyyətindən danışıb:
Seçilən
14
1
yeniavaz.com

2Mənbələr