"Mançester Yunayted"in üzvü Meyson Maunt zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu artıq komanda ilə birgə məşqlərə qoşulub.
Onun Premyer Liqanın növbəti turunda şans qazanacağı gözlənilir.
Maunt axırıncı dəfə ötən il dekabrın 15-də forma geyinib.
Xatırladaq ki, "Mançester Yunayted" yarımmüdafiəçini 2023-cü ildə "Çelsi"dən 64 milyon avroya transfer edib. İngiltərəli futbolçu 2 mövsümdə zədə səbəbindən cəmi 32 oyunda meydançaya çıxıb.