AZ

Amerika silahlarının Ukraynaya tədarükü tam bərpa edilib

Polşanın xarici işlər naziri Radoslav Sikorski təsdiq edib ki, Polşanın Jeşuv şəhərindəki mərkəzi vasitəsilə Ukraynaya Amerika silahlarının tədarükü tam bərpa edilib.

Birləşmiş Ştatlar Ciddədə ölkələrin nümayəndə heyətləri arasında aparılan danışıqlardan qısa müddət sonra Ukraynaya yardımın bərpa olunduğunu elan edib. Radoslav Sikorski ukraynalı həmkarı Andriy Sybiha ilə keçirdiyi mətbuat konfransında “Yasenka vasitəsilə silah tədarükü əvvəlki səviyyəyə qayıtdığını təsdiqləyirəm” deyib.

ABŞ martın 4-də prezidentlər Donald Tramp və Vladimir Zelenskinin Ağ Evdə toqquşmasından qısa müddət sonra Ukraynaya hərbi yardımı dayandırıb. Ukrayna Silahlı Qüvvələrinin müdafiə üçün istifadə etdiyi məlumatlar istisna olmaqla, kəşfiyyat məlumatlarının ötürülməsi də dayandırılıb. Amerika hakimiyyəti Ciddə danışıqlarının müsbət nəticə verəcəyi təqdirdə bu qərara yenidən baxılmasını mümkün sayıb.
Martın 11-də keçirilən danışıqlardan sonra Birləşmiş Ştatlar yardım çatdırılması və kəşfiyyat məlumatlarının mübadiləsini dbərpa edib. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz deyib ki, qərar “dərhal qüvvəyə minir”. Kiyev də öz növbəsində 30 günlük atəşkəsə və Ukraynanın mineral ehtiyatlarının birgə işlənməsinə dair sazişin tezliklə imzalanmasına razılıq verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr